Mövlud Çavuşoğlu: "Terror NATO və müttəfiqləri üçün ən böyük təhdiddir"

Xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda Türkiyə-Rumıniya-Polşa Xarici İşlər Nazirlərinin üçtərəfli görüşündən sonra birgə mətbuat konfransı keçirib.

1833711
Mövlud Çavuşoğlu: "Terror NATO və müttəfiqləri üçün ən böyük təhdiddir"
Turkiye-Romanya-Polonya.jpg

"NATO-da hazırlanan yeni strateji konsepsiyada terrorun bütün növləri ilə mübarizə əzmi yer almalıdır".

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda Türkiyə-Rumıniya-Polşa Xarici İşlər Nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.
XİN başçısı Çavuşoğlu görüşdə Ukrayna problemini, İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO sammitindən gözləntilər və prioritetləri müzakirə etdiklərini bildirib. 

Terrorun NATO və müttəfiqləri üçün ən böyük təhlükə olduğunu vurğulayan Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı da deyib:

"Biz bir ölkənin adının Yunanıstanın Makedoniyaya etdiyi kimi dəyişməsini istəmirik. Tələbimiz tamamilə qanunidir: Onlar terrora dəstəyi dayandırmalıdırlar. Həmçinin müdafiə sənayesinə qoyulan məhdudiyyətləri aradan qaldırmalıdırlar".

Türkiyənin İsveç və Finlandiyadan bu mövzularda konkret addımlar gözlədiyini bir daha vurğulayan Çavuşoğlu "Türkiyəni necə olsa qane edərik yanaşması düzgün olmaz. Onlar terrora dəstəyini kəsməlidirlər" ifadəsini işlədib.

Xarici işlər naziri NATO-da hazırlanan yeni strateji konsepsiya haqqında da bildirib:

“Terrorun bütün formalarına qarşı mübarizədə qətiyyətli olmaq (NATO-da hazırlanan) yeni strateji konsepsiyaya daxil edilməlidir”.



Әlaqәli Xәbәrlәr