Suriyanın şimalında terror təşkilatı PKK/YPG üzvü olan 5 terrorçu zərərsizləşdirilib

İraqın şimalındakı "Pençe-Şimşək" əməliyyatı bölgəsində isə 3 PKK terrorçusu zərərsizləşdirilib.

1832591
Suriyanın şimalında terror təşkilatı PKK/YPG üzvü olan 5 terrorçu zərərsizləşdirilib

Suriyanın şimalında terror təşkilatı PKK/YPG üzvü olan 5 terrorçu zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin mayın 25-də verdiyi yazılı açıqlamada "Terrorçu haradadırsa, hədəfimiz də orasıdır. "Fərat qalxan" və "Sülh çeşməsi" əməliyyatları bölgələrinə hücuma hazırlaşdıqları aşkarlanan 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Qəhrəman Türk Silahlı Qüvvələrimiz terror yuvalarını yerlə-yeksan etməyə davam edir və bundan sonra da edəcək" deyilib.

İraqın şimalındakı "Pençe-Şimşək" əməliyyatı bölgəsində isə 3 PKK terrorçusu zərərsizləşdirilib.

Nazirliyin “Twitter” hesabında yayılan açıqlamada “Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz “poladdan pəncələri” ilə terror yuvalarını darmadağın etməyə davam edir" ifadələrdən istifadə edilmişdir.



Әlaqәli Xәbәrlәr