Türkiyə kütləvi yerli generator istehsalına başlayıb

TRT xəbər verir iki bu barədə Enerji və Təbii Sərvətlər Naziri Fatih Dönməz açıqlama verib. Nazir Türkiyənin yerli və milli generator istehsalında kütləvi istehsala başladığını bildirib.

1832478
Türkiyə kütləvi yerli generator istehsalına başlayıb

Elektrik İstehsal A.Ş.-nin yerli və milli enerji texnologiyalarının inkişafı üçün mühüm Araşdırma və İnkişaf fəaliyyətləri apardığına  diqqət çəkən nazir Dönməz: “ Türkiyənin ilk yerli və milli generator istehsalı ilə bağlı müjdəli xəbəri daha əvvəl ictimaiyyətlə paylaşmışdıq. Bu gün bu mövzuda daha bir şad xəbəri paylaşmaq istəyirik. Daha yerli və milli generator istehsalında kütləvi istehsala qədim qoyuruq. Elektrik enerjisi istehsalının digər iki mühüm komponenti olan turbin və idarəetmə sistemlərinin lokallaşdırılmasında da xeyli məsafə qət etdiyimiz gözdən yayındırılmamalıdır. Bu sahədə aparılan fəaliyyətlər çərçivəsində turbin dizaynlarımızı tamamladıq. Tezliklə ilk yerli turbin istehsalına başlayacağıq. İlk yerli turbinimizdən və kütləvi istehsal edəcəyimiz yerli  generatorumuzdan Sakarya çayı üzərindəki Hasan Polatkan Su Elektrik Stansiyamızda istifadə edəcəyik”-deyə nazir vurğulayıb.



Әlaqәli Xәbәrlәr