İtaliyanın baş naziri Türkiyəyə gəlməyə hazırlaşır

M.Draqi parlamentin yuxarı palatası senatda Ukrayna müharibəsi, beynəlxalq hadisələr və görüşlər haqqında məlumat verərək deyib...

1829381
İtaliyanın baş naziri Türkiyəyə gəlməyə hazırlaşır

 

  İtaliyanın baş naziri Mario Draqi iyulun əvvəlində Türkiyə ilə ikitərəfli sammit üçün paytaxt Ankarada olacağını bildirib.

  M.Draqi parlamentin yuxarı palatası senatda Ukrayna müharibəsi, beynəlxalq hadisələr və görüşlər haqqında məlumat verərək deyib: “Ukrayna müharibəsi 85 günü keçdi. Rusiyanın qısa zamanda Ukraynanın böyük hissəsini ələ keçirmək ümidi ukraynalıların müqavimətinə dəydi. Amma humanitar böhranın daha da pisləşməsinin qarşısını almaq üçün ən qısa zamanda atəşkəsə nail olunmalıdır.

  İtaliya istənilən vasitəçilik üçün avropalı tərəfdaşları və müttəfiqləri ilə birlikdə hərəkət edəcək, lakin sülhün necə olacağına Ukrayna qərar verəcək. Ukraynasız sülh qəbuledilməzdir.

  Türkiyə ilə İtaliya arasında hökumətlərarası sammit 10 ildir keçirilməyib. İyulun əvvəlində Türkiyə ilə ikitərəfli sammit üçün Ankarada olacağam. Bu görüşdə biz münaqişə kontekstində diplomatik və danışıqlar perspektivlərini və İtaliya ilə Türkiyə arasında əlaqələrin gücləndirilməsini müzakirə edəcəyik.

  Ukrayna özünü müdafiə edə bilir.

  Rusiyanın işğalının insan həyatı üçün nəticələri ağırdır. Ötən həftə paytaxt Kiyevdə kütləvi məzarlıqlar tapılıb. İtaliya hərbi cinayətlərin araşdırılmasına dəstək təklif edib".



Әlaqәli Xәbәrlәr