Terror təşkilatı PKK/YPG-nin 21 üzvü zərərsizləşdirilib

21 terrorçunun zərərsizləşdirildiyi atışmalardan sonra Qaziantepin Karkamış qəsəbəsinin şərqində Aynularapın qərbində olan terror təşkilatı üzvlərinin məskunlaşdığı bölgələrdən tüstü qalxmağa başlayıb.

1826277
Terror təşkilatı PKK/YPG-nin 21 üzvü zərərsizləşdirilib

Terror təşkilatı PKK/YPG-nin Suriyadan Türkiyənin Qaziantep vilayətinin Karkamış qəsəbəsi və bir əsgərin şəhid olduğu Köprübatı Sərhəd Məntəqəsinə hücumundan sonra atəş dəstək maşınları ilə özünümüdafiə çərçivəsində cavab atışları olub.

21 terrorçunun zərərsizləşdirildiyi atışmalardan sonra Qaziantepin Karkamış qəsəbəsinin şərqində Aynularapın qərbində olan terror təşkilatı üzvlərinin məskunlaşdığı bölgələrdən tüstü qalxmağa başlayıb.

Bölgənin Türkiyə Silahlı Qüvvələri tərəfindən atəşə tutulması ilə bəzi terror hədəflərindən də alovlar yüksəlib.

Karkamış qəsəbəsi və Köprübatı Sərhəd ÇNRA/ minomyatların hücumu nəticəsində bir əsgərimiz şəhid olub, 3 əsgər və bir mülki şəxs yaralanıb.

Terror təşkilatı PKK/PYD-nin nəzarətində olan Aynularap Fərat çayının şərqində yerləşir.



Әlaqәli Xәbәrlәr