Türkiyənin terrorla mübarizəsi davam edir

Suriyanın şimalında bölücü terror təşkilatı PKK/YPG üzvü 10 terrorçu zərərsizləşdirilib.

1825955
Türkiyənin terrorla mübarizəsi davam edir
harekat operasyon.jpg
eren abluka operasyon.jpg

Suriyanın şimalında bölücü terror təşkilatı PKK/YPG üzvü 10 terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada “Heç bir yerdə terrora və terrorçulara keçid yoxdur” ifadəsi işlədilib.

“Zeytun budağı", Sülh çeşməsi" və "Fərat qalxanı" bölgələrində təcavüz atəşi açan və hücuma hazırlaşan 10 PKK/YPG terrorçusu komandolarımızın uğurlu müdaxiləsi ilə zərərsizləşdirilib” ifadəsindən istifadə edilib.

Digər tərəfdən, Bingöl vilayəti ərazilərində PKK-ya qarşı “Eren Blokada-9 əməliyyatı” başladılıb.

Daxili İşlər Nazirliyindən verilən açıqlamada terror təşkilatı PKK-nı ölkə gündəmindən çıxarmaq və sığındığı yerlər olduğu təxmin edilən terrorçuları zərərsizləşdirmək məqsədi ilə Bingöldə “Eren Blokada-9 əməliyyatı”na başlanıldığı bildirilib. 

Əməliyyatda 551 şəxsi heyətin iştirak etdiyi bildirilən açıqlamada ölkədə terrorun tamamilə yox edilməsi üçün həyata keçirilən "Eren Blokada" əməliyyatlarının xalqın dəstəyi ilə, “inam və qətiyyətli" şəkildə uğurla davam etdiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr