F.Altun Şirin Ebu Akileni qәtlә yetirәnlәrin mәsuliyyәtә cәlb edilmәsi ilә әlaqәdar çağırış edib

Fәxrәddin Altun  ‘‘Əl-Cəzirə’’ telekanalının  müxbiri Şirin Ebu Akilenin qətlinin hərtərəfli, şəffaf və tez bir zamanda araşdırılması və cinayәtkarların məsuliyyətə cəlb edilməsi ilə əlaqədar çağırış edib.

1825663
F.Altun Şirin Ebu Akileni qәtlә yetirәnlәrin mәsuliyyәtә cәlb edilmәsi ilә әlaqәdar çağırış edib

 

Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsinin rәhbәri Fәxrәddin Altun  ‘‘Əl-Cəzirə’’ telekanalının  müxbiri Şirin Ebu Akilenin qətlinin hərtərəfli, şəffaf və tez bir zamanda araşdırılması və cinayәtkarların məsuliyyətə cəlb edilməsi ilə əlaqədar çağırış edib.

Fahrettin Altun fələstinli jurnalist Akilenin işğal altındakı İordan çayının qərb sahilindəki ‘‘Cenin’’ qaçqın düşərgəsinə İsrail əsgərlərinin basqını zamanı  İsrail əsgərləri tərəfindən açılan atəş nәticәsindә öldürülməsini pisləyib.

Akilin öldürülməsinә görә  kədərləndiyini bildirən Altun ailəsinə və həmkarlarına başsağlığı verib.

"İctimaiyyətə və həqiqətə xidmət edən jurnalistlərin hədəf alınması qәbuledilmәzdir. Bu hadisənin hərtərəfli, şəffaf və tez  zamanda araşdırılması və cinayәtkarların məsuliyyətə cəlb olunması ilә әlaqәdar çağırış edirәm’’,-deyә Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsinin rәhbәri qeyd edib.



Әlaqәli Xәbәrlәr