“Biz daha liberal və daha demokratik bir konstitusiya hazırlayırıq”, R.T.Ərdoğan

Paytaxt Ankarada Türkiyə Dövlət Şurasının (Danıştay) 154-cü ildönümündə çıxış edən R.T.Ərdoğan deyib...

1824735
“Biz daha liberal və daha demokratik bir konstitusiya hazırlayırıq”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Biz daha liberal və daha demokratik konstitusiya hazırlayırıq” dedi.

  Paytaxt Ankarada Türkiyə Dövlət Şurasının (Danıştay) 154-cü ildönümündə çıxış edən R.T.Ərdoğan deyib: "Biz millətimizi hazırkı çevriliş konstitusiyasından tamamilə xilas etmək üçün çalışırıq. Daha liberal və daha demokratik bir konstitusiya yaradacağıq.

  Türkiyədə demək olar ki, bütün əsas qanunları demokratiya və azadlığı genişləndirəcək şəkildə yeniləmişik. Ümid edirəm, biz öz təşəbbüslərimizlə məhkəmə sistemini daha da irəli aparacağıq".



Әlaqәli Xәbәrlәr