"Türkiyə Aİ-nin üzvü deyil, namizəd ölkədir, amma..." N.M.Landrut

Avropa İttifaqının (Aİ) Türkiyədəki Nümayəndəliyinin rəhbəri, səfir Nikolaus Meyer-Landrut Türkiyənin Aİ ilə çox sıx əlaqələri olduğunu bildirərək Anadolu Agentliyinə müsahibəsində deyib...

1824075
"Türkiyə Aİ-nin üzvü deyil, namizəd ölkədir, amma..." N.M.Landrut

 

  Avropa İttifaqının (Aİ) Türkiyədəki Nümayəndəliyinin rəhbəri, səfir Nikolaus Meyer-Landrut (Nikolaus Meyer-Landrut) Türkiyənin Aİ ilə çox sıx əlaqələri olduğunu bildirərək Anadolu Agentliyinə müsahibəsində deyib: “Şuman Bəyannaməsi (9 may 1950) ölkələri daha əvvəl müharibəyə aparan ağır sənayeni bir daha döyüşə bilməyəcək şəkildə bir araya gətirmək məqsədi daşıyır. Ona görə də 9 May Avropa Gününün əsas mesajı sülh, demokratiya, əməkdaşlıq, insan haqlarıdır.

  Türkiyə Aİ-nin üzvü deyil, namizəd ölkədir.

  Aİ ilə çox sıx əlaqələri olan Türkiyə “Erasmus+” tələbə mübadiləsi kimi bir Avropa proqramlarını həyata keçirir. Fərdi səviyyədə qarşılıqlı əlaqədəyik. Ona görə də Türkiyə xalqı Avropa Gününü bizim kimi sevinclə qeyd edir və bunu görmək çox xoşdur.

  Avropa inteqrasiyasının və Avropa prosesinin kökləri sülh, demokratiya, insan haqlarıdır. Təəssüf ki, iki ay yarımdan çoxdur ki, Rusiyanın Ukraynaya qarşı apardığı bu təcavüzkar müharibə ilə Avropa qitəsində İkinci Dünya Müharibəsindən bəri görünməmiş yeni müharibə görürük. Bu, çox üzücüdür. Ona görə də Ukraynanı - onun azadlıq, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəsini dəstəkləməliyik. Bu, hamımız üçün bir çağırışdır, azadlıq mübarizəsidir".



Әlaqәli Xәbәrlәr