ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin Türkiyə səfəri təxirə salındı

8-9 may tarixlərində Türkiyəyə səfər edəcəyi və Suriya sərhədinə gedəcəyini Linda Tomas-Qrinfild Anadolu Agentliyinə açıqlamasında belə demişdi...

1823508
ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin Türkiyə səfəri təxirə salındı

 

  Amerika Birləşmiş Ştatlarının BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfildin (Linda Thomas-Greenfield) Türkiyəyə planlaşdırılan səfərinin təxirə salındığı bildirilib.

  ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyindən verilən açıqlamada yazılır: "Tomas-Qrinfildin 9 may tarixinə planlaşdırılan Türkiyə səfəri təxirə salınıb. Amma onun Suriyanın Gələcəyinə Dəstək və Regionun 6-cı Brüssel Konfransı” çərçivəsində 9-10 may tarixlərində Belçikanın paytaxtı Brüsselə edəcəyi səfərdə heç bir dəyişiklik yoxdur”.

  8-9 may tarixlərində Türkiyəyə səfər edəcəyi və Suriya sərhədinə gedəcəyini Linda Tomas-Qrinfild Anadolu Agentliyinə açıqlamasında belə demişdi: "Sərhədə səfər etməklə son prosesləri görəcək və bu yolla sərhəd qapısının vəziyyəti ilə bağlı daha yaxşı danışa biləcəyəm. Çalışacağam ki, digər qapıları da açaq. Bu, bizim maraqlarımızla yanaşı, Rusiyanın da marağındadır.

  Türkiyə-Suriya sərhəd keçidi bağlanarsa, bu, minlərlə suriyalının ac qalacağı deməkdir və mən bunu heç kimin görmək istəyəcəyini düşünmürəm. Ona görə də bütün diqqətimi bu sərhədi açıq saxlamağa yönəltmişəm. Sərhədin bağlanmasına heç bir əsas ola bilməz."



Әlaqәli Xәbәrlәr