Ərdoğan ailəsi Ramazan bayramı münasibətilə təbriklərini çatdırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı sosial media hesabından Ramazan bayramı münasibətilə təbrik ediblər

1821248
Ərdoğan ailəsi Ramazan bayramı münasibətilə təbriklərini çatdırdı

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” sosial media hesabından Ramazan bayramı münasibətilə təbrik edərək yazıb: "Rəbbimə şükür edirəm ki, bir millət olaraq bizi daha bir Ramazan bayramına sağlıq və rifah içində çıxardı.

  Millətimizlə birlikdə xaricdə yaşayan qardaşlarımızın, soydaşlarımızın və bütün İslam dünyasının Ramazan bayramını təbrik edirəm. "

  Prezidentin həyat yoldaşı, ölkənin birinci xanım Əminə Ərdoğan da Ramazan bayramı münasibətilə sosial media hesabından təbrik edərək yazıb: "Sevdiklərimizdən ayrı keçirtdiyimiz bayramlar nəhayət ki, sona çatdı. Ailə olmağın, sevib-sevilməyin əsl dəyərini dərk etdiyimiz dinc bir bayram arzulayır, bütün İslam dünyasının və millətimizin Ramazan bayramını təbrik edirəm”.



Әlaqәli Xәbәrlәr