Türkiyə Yunanıstandakı “Tiger Meet” hərbi təliminə qatılmır, çünki...

2005 və 2015-ci illərdə Türkiyənin ev sahibliyi təşkil eilən hərbi təlimin bu il 9-20 may tarixləri arasında Yunanıstanda olması planlaşdırılır

1820963
Türkiyə Yunanıstandakı “Tiger Meet” hərbi təliminə qatılmır, çünki...

 

  “Türkiyə Yunanıstanın təxribatına imkan verməmək üçün “Tiger Meet” hərbi təlimində iştirak etməyəcək”. Aprelin 22-də qəbul edilən bu qərar Yunanıstan səlahiyyətlilərinə göndərilib.

  Çağırışı “Tiger”, yəni “pələng” olan iştirakçı ölkələrin donanmaları arasındakı həmrəyliyi vurğulamaq üçün "Tiger Meet" təlimi hər il bur ölkədə keçirilir.

  2005 və 2015-ci illərdə Türkiyənin ev sahibliyi təşkil eilən hərbi təlimin bu il 9-20 may tarixləri arasında Yunanıstanda olması planlaşdırılır.

  Müttəfiq ölkələri iştirakı ilə keçirilən təlimə Türkiynin Balıkesir rayonundakı 9-cu Əsas Reaktiv Baza Komandanlığında yerləşən “Pələng çağırışı” adlı 192-ci Donanmasının da qatılması gözlənilir. Amma hər təlimdən əvvəl fəaliyyətlərin icrası üçün ev sahibi ölkə tərəfindən hazırlanan texniki tənzimləmənin builki mətnini hazırlayan Yunanıstanın Türkiyəni hədəf alan və iki ölkə arasındakı fikir ayrılıqlarından istifadə edən bir yanaşma ilə sözügedən sənədə əlavələr etdiyi müəyyən olunub. Buna görə də Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığı bu qəsdən edilən əlavələrə qarşı çıxıb və beynəlxalq hüquqa zidd yazıları ehtiva edən texniki reqlamentin dəyişdirilməsini tələb edib. Türkiyənin israrlı tələbləri Yunanıstan tərəfindən qəbul olunmayıb.

  Yunanıstanın “Tiger Meet” hərbi təlimini siyasi maraqlarına uyğun şəkildə manipulyasiya etdiyi əsas gətirilərək Türkiyə adı keçən manevrə qatılmama qərarı verib.

  Türkiyə Hərbi Hava Qüvvələrinin təlimdə iştirak etməməklə bağlı 22 apreldə verilən qərarı Yunanıstan səlahiyyətlilərinə göndərilb.

  Yunanıstan bu münasibəti ilə həm hərbi təlimi dostluq və qarşılıqlı fəaliyyət məqsədindən uzaqlaşır, həm də manevrdən Türkiyənin hüquq, mənafe və maraqlarına zidd istifadəyə çalışır.



Әlaqәli Xәbәrlәr