TİKA Əfqanıstana 68 ton ərzaq yardımı çatdırdı

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Ramazan ayı ilə əlaqədar Əfqanıstanın qərb əyalətlərində ehtiyacı olan ailələrə ərzaq yardımı edib.

1819594
TİKA Əfqanıstana 68 ton ərzaq yardımı çatdırdı

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Ramazan ayı ilə əlaqədar Əfqanıstanın qərb əyalətlərində ehtiyacı olan ailələrə ərzaq yardımı edib.

TİKA Herat Proqram Koordinasiya Ofisindən verilən açıqlamaya görə, Ramazan ayı ərzaq yardımı çərçivəsində qərb bölgəsindəki vilayətlərdə ehtiyacı olan ailələrə 68 ton qida vəsaiti çatdırılıb.

Türkiyənin Herat baş konsulu Sinan İlhanın müşayiəti ilə Ramazan ayı ərzaq yardımı Herat, Gor, Ferah vilayətlərinin mərkəzi ilə Badgis və Nimruz vilayətlərinin ətraf rayonlarında, həmçinin uşaq evləri və əlillər dərnəklərində paylanıb.

Bununla da ehtiyacı olan 900 ailəyə yardım bağlamaları çatdırılıb.



Әlaqәli Xәbәrlәr