Kolumbiyada sәfәrdә olan Mövlud Çavuşoğlu Maarif Vәqfinin açılış mәrasimindә iştirak edib

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu Maarif Vəqfinin dünyanın ən böyük 5-ci təhsil müəssisəsinә çevrildiyini deyib.

1819455
Kolumbiyada sәfәrdә olan Mövlud Çavuşoğlu Maarif Vәqfinin açılış mәrasimindә iştirak edib

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu Maarif Vəqfinin dünyanın ən böyük 5-ci təhsil müəssisəsinә çevrildiyini deyib.

Kolumbiyada sәfәrdә olan Mövlud Çavuşoğlu Maarif Vәqfinin paytaxt Boqotadakı nümayəndəliyinin açılış mərasimində çıxış edib.

İki ölkənin dövlət himnlərinin oxunması ilə başlayan mərasimdə qonaqlara müraciət edən Mövlud Çavuşoğlu  ev sahibi xarici işlər naziri Marta Lusia ilə mühüm görüşlər keçirdiklərini bildirib.

Mövlud Çavuşoğlu Kolumbiya prezidenti İvan Dukenin sədrliyi ilə keçirilәn iclaslarda  ikitərəfli və regional məsələləri müzakirə etdiklərini bildirib.

Maarif Vәqfinin  67 ölkədə müxtəlif səviyyələrdə fəaliyyət göstərdiyini ifadә edәn Mövlud Çavuşoğlu deyib:  "Vəqfimiz bu gün dünyanın ən böyük  5-ci təhsil müəssisəsinə çevrilib. Türkiyə diplomatik şəbəkələrinin və nümayəndəliklərinin  sayına görə dә  dünyada 5-ci yerdədir. Maarif  Vәqfi Türkiyәnin beynəlxalq təhsildəki brendinə və qüruruna çevrilib".

Çavuşoğlu Maarif Vәqfinin  Kolumbiyada  mühüm işlər gördüyünə diqqət çəkәrәk deyib: ‘‘Kolumbiyanın aparıcı universitetlərindən biri olan Nacional və Externado ilə əməkdaşlığa başlayıb”.



Әlaqәli Xәbәrlәr