Mövlud Çavuşoğlu kolumbiyalı hәmkarı ilә birgә mәtbuat konfransında çıxış edib

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə olaraq Latın Amerikası ölkәlәri ilә münasibәtlәri güclәndirmәyә әhәmiyyәt verdiklərini bildirib.

1818930
Mövlud Çavuşoğlu kolumbiyalı hәmkarı ilә birgә mәtbuat konfransında çıxış edib
Marta Lucia Ramirez-Mevlut Cavusoglu.jpg
Marta Lucia Ramirez-Mevlut Cavusoglu1.jpg

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə olaraq Latın Amerikası ölkәlәri ilә münasibәtlәri güclәndirmәyә әhәmiyyәt verdiklərini bildirib.

Kolumbiyaya rәsmi sәfәr edәn Mövlud Çavuşoğlu hәmkarı Marta Lusia Ramirez ilə görüşüb. Baş tutan görüşlәrdәn sonra tәrәflәr birgә mәtbuat konfransında çıxış ediblәr.

Mövlud  Çavuşoğlu çıxışında iki ölkә arasındakı münasibәtlәrin güclәnmәsini istәdiyini ifadә edib.

"Kolumbiya prezidenti İvan Dukenin may ayında  ölkəmizә edәcәyi sәfәrә görә çox şadıq. Bu səfərin səmərəli keçməsi üçün əziz dostum Marta Lusia ilə birlikdə hazırlıqları görəcəyik. Bu gün və sabah  keçirәcәyimiz görüşlәrdә ikitәrәfli münasibәtlәrimizi müxtәlif sahәlәrdә daha da inkişaf etdirmәk üçün atacağımız addımları müzakirә edәcәyik’’,-deyә Mövlud Çavuşoğlu qeyd edib.

Türkiyə olaraq Latın Amerikası ölkәlәri ilә münasibәtlәri güclәndirmәyә әhәmiyyәt verdiklərini vurğulayan Mövlud Çavuşoğlu deyib:"Bölgәmizdә  yaşanan problemlәrә baxmayaraq, Ukrayna müharibəsi davam edərkən əvvəlcәdən planlaşdırdığımız bu səfəri ləğv etməməyimiz bölgəyə verdiyimiz əhəmiyyətin göstəricisidir’’.

Təxminən 20 il əvvəl bölgədə cəmi 6 səfirliyin olduğunu xatırladan Mövlud Çavuşoğlu bildirib ki, bu gün 18 nümayəndəliyimiz var, qısa zamanda San Salvadorda səfirlik açacağıq. Bölgə ilə ticarət hәcmimiz  təxminən 1 milyard dollardan 15 milyard dollara yüksәlib. Kolumbiya Latın Amerikasındakı әn mühüm tərəfdaşlarımızdan biridir.

Kənd təsərrüfatı, mütəşəkkil cinayətkarlıq və qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində təcrübə mübadiləsinə diqqət çəkən nazir Çavuşoğlu deyib:

“Həm Latın Amerikası bölgәsindә, həm də bizim bölgәmizdә bir çox qlobal problemlər var, lakin mən inanıram ki, biz birlikdə çalışsaq və birgə hərəkət etsək, digər tərəfdaşlarımız kimi bu çətinliklərin öhdəsindən asanlıqla gələcəyik və qarşımıza çıxan imkanlardan daha yaxşı istifadə edəcəyik’’.

Çıxışlardan sonra iki ölkə arasında müxtəlif sahələrdə әmәkdaşlığa dair müqavilәlәr imzalanıb.



Әlaqәli Xәbәrlәr