Hulusi Akar Ukrayna mәsәlәsi ilә bağlı Almaniyada keçirilәn toplantını qiymәtlәndirib

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Rusiya ilə Ukrayna arasında fevralın 24-də başlayan müharibədən sonra Türkiyə Montrö Konvensiyası (1936) çərçivəsində hərbi gəmilərin İstanbul boğazından keçə bilməyəcəyini bütün tərəflərə çatdırıb.

1818994

“İndiyə qədər İstanbul boğazından heç bir hәrbi gәmi keçmәyib’’,-deyә Hulusi Akar qeyd edib.

Hulusi Akar  dünәn Amerika Birlәşmiş Ştatlarının Almaniyadakı Hәrbi Hava Hücumundan Müdafiә Bazasında  Ukrayna ilә bağlı keçirilәn  toplantıdan sonra bәyanatlar verib.

Toplantıda 40-dәn çox ölkәnin nümayәndәsinin iştirak etdiyini ifadә edәn Hulusi Akar başda Ukrayna müdafiә naziri Oleksii Reznikov olmaqla bәzi rәsmilәrlә fikir mübadilәsi apardıqlarını qeyd edib.

Ukraynadakı prosesləri yaxından izlədiklərini bildirən Hulusi Akar deyib: "Biz diplomatiyaya gedәn yolu açmalıyıq. Beləliklə, sülh yolu ilə həllin daha asan tapıla biləcəyini düşünürük. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə dəfələrlə görüş keçirib. Bu görüşlərdə prezidentimiz atəşkəsin qısa  zamanda əldə olunması üçün ciddi sәylәr göstәrib’’.

Bəzi çətinliklərə baxmayaraq ümidli olduqlarını vurğulayan Akar qeyd edib ki, ola bilsin ki, yaxın günlərdə prezidentimizin təklifi ilə iki liderin bir araya gəlməsi mümkün olsun. Türkiyə olaraq, pisləşən humanitar vəziyyətin daha da dәrinlәşmәsinin qarşısını almaq və atəşkəsin ən qısa zamanda təmin edilməsi ciddi sәylәr göstәririk’’.

Әlaqәli Xәbәrlәr