BƏƏ-ləri nümayəndə heyəti Ankarada görüşlər keçirib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici Ticarət üzrə Dövlət Naziri Tani bin Əhməd Əl Zeyudi Türkiyə səfəri çərçivəsində Mustafa Varank ilə bir araya gəlib.

1819141
BƏƏ-ləri nümayəndə heyəti Ankarada görüşlər keçirib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici Ticarət üzrə Dövlət Naziri Tani bin Əhməd Əl Zeyudi və onu müşayiət edən nümayəndə heyətinin Sənaye və Texnologiya naziri Mustafa Varank ilə görüşü paytaxt Ankarada İnformasiya Texnologiyaları Vadisində baş tutub.

Sənaye naziri Varank görüş zamanı Türkiyənin güclü iqtisadiyyatı, strateji mövqeyi, güclü sənaye infrastrukturu və iş imkanlarına diqqət çəkib , etibarlı tərəfdaş və çox daha sürətli, keyfiyyətli məhsul tədarik edə bilən əhəmiyyətli təchizat mərkəzi olduğunu vurğulayıb.

İki nazir tək-bətək və çoxtərəfli danışıqlardan sonra Türkiyənin vizyon layihəsi olan “Togg”un (Türkiyənin Avtomobil Müəssisələri Qrupu) Mərkəzində olub, layihə haqqında məlumat alıb və Togg ilə test sürüşü keçirib.



Әlaqәli Xәbәrlәr