Mövlud Çavuşoğlu Braziliyada səfərdədir

Xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi səfərdə olduğu Braziliyada iş adamları ilə görüşüb.

1817264
Mövlud Çavuşoğlu Braziliyada səfərdədir

Xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi səfərdə olduğu Braziliyada iş adamları ilə görüşüb.

Mövlud Çavuşoğlu "Twitter" hesabından etdiyi paylaşımda deyib:

“Sao Pauloda iş adamları ilə Braziliya ilə ticari əlaqələrimizi daha da artıracaq addımları və investisiya imkanlarını müzakirə etdik”. 

Nazir Çavuşoğlu daha sonra Türkiyənin San-Pauludakı Baş Konsulluğunun yeni xidmət binasının açılış mərasimində çıxış edib.

İki ölkə arasında köklü dostluq və strateji tərəfdaşlıq əlaqələrinin olduğunu bildirən Çavuşoğlu Braziliyanın əhəmiyyətinə diqqət çəkərək deyib ki, Braziliya, Latın Amerikası regionunda bizim ən böyük ticarət tərəfdaşımızdır, lakin keçirdiyimiz görüşlərdə xüsusilə iş adamları ilə 5 milyard dollarlıq ticarət həcmi potensialımızdan çox geridədir, ona görə də hədəflərimiz yüksəkdir". 

Braziliyanın müstəqilliyinin ildönümünü təbrik edən Çavuşoğlu "Braziliyanın müstəqilliyinə gedən yolda 21 aprel Tiradentes Gününün əhəmiyyətini bilirəm. Həm Tiradentes Gününü, həm də Braziliyanın müstəqilliyinin 200-cü ildönümünü səmimi qəlbdən təbrik edirəm" deyib.

Latın Amerikası səfərinə aprelin 23-də Uruqvaydan başlayan Çavuşoğlu Braziliyanın ticarət mərkəzi olan Sao Pauloya keçmişdi.



Әlaqәli Xәbәrlәr