Anzak Körfəzində ənənəvi “Sübh Ayini” keçirildi

Çanaqqala Quru Döyüşlərinin 107-ci ildönümü ilə bağlı anma mərasimləri çərçivəsində Gelibolu yarımadasındakı Anzak Körfəzində ənənəvi “Sübh Ayini” keçirilib.

1817344
Anzak Körfəzində ənənəvi “Sübh Ayini” keçirildi

Avstraliya və Yeni Zelandiyalılardan ibarət təxminən 200 nəfərlik qrup gecə saatlarında Çanaqqala şəhər mərkəzindən Gelibolu yarımadasına keçib. Onlar mərasim sahəsində yerləşdirilmiş nəhəng ekrandan Çanaqqala döyüşləri ilə əlaqəli sənədli film, müsahibə və bəzi şəhərlərdə keçirilən Anzak Günü mərasimlərini izləyərək “Sübh Ayini”nin başlamasını gözləyiblər. Səhər saatlarında başlayan proqramda Yeni Zelandiya Veteranlar Naziri Meka Whaitiri və Avstraliyanın Ankaradakı səfiri Miles Armitage günün mənası və əhəmiyyəti ilə bağlı çıxışlar ediblər. Türkiyə Cümhuriyyətinin qurucusu, ulu öndər Qazi Mustafa Kamal Atatürkün Çanaqqala döyüşlərində həyatını itirən əcnəbi əsgərlərin ailələrinə yazdığı məktub oxunub. Çanaqqala valisi İlhami Aktaş və digər ölkələrin nümayəndələri tədbirin keçirildiyi əraziyə əklillər qoyub, bir dəqiqəlik sükutla şəhidləri yad ediblər.



Әlaqәli Xәbәrlәr