Türkiyə Yunanıstanı səmimiyyətlə uzatdığı dost əlini tutmağa çağırıb

Milli müdafiə naziri Hulusi Akar Türkiyəni Yunanıstana səmimiyyətlə uzatdığı dost əlini tutmağa çağırıb.

1816230
Türkiyə Yunanıstanı səmimiyyətlə uzatdığı dost əlini tutmağa çağırıb

Milli müdafiə naziri Hulusi Akar Türkiyəni Yunanıstana səmimiyyətlə uzatdığı dost əlini tutmağa çağırıb.

"Mavi Vətən" təliminin Seçilmişi Müşahidəçi Günü fəaliyyətlərindən sonra Akar videokonfrans vasitəsilə təlimə qatılan gəmilərin komandirlərinə müraciət edib.

Uğurlu bir təlim keçirildiyini bildirən Akar deyib:

"İstər təlimlərimiz, istərsə də digər fəaliyyətlərimiz göstərir ki, Türkiyə Hərbi Dəniz Qüvvələri hüquqlarımızı, maraqlarımızı və mənafelərimizi qorumaq üçün əzmli və qətiyyətlidir. bunu həyata keçirəcək gücü var".              

Türkiyə ilə Yunanıstan arasındakı münasibətlərinə də toxunan Akar deyib:

"Yunanıstanla münasibətlərimizdə beynəlxalq hüquqa hörmət edirik və hər zaman mehriban qonşuluq münasibətlərinin tərəfdarıyıq. İstəyirik ki, hazırkı problemlər sülh yolu və müəyyən üsullarla həll olunsun. Qonşumuz (Yunanıstan) dialoqda yavaş addım atır. Biz onlardan bir az daha fəallıq gözləyirik". 

Yunanıstan tərəfinin təxribat xarakterli hərəkətləri və ritorikasının əlaqələrə mənfi təsir göstərdiyini vurğulayan milli müdafiə naziri əlavə edib ki, Türkiyə olaraq sülh üçün hər zaman bir addım öndə olacağıq. Bundan heç kim şübhə etməsin. Məqsədimiz Egey dənizinin bütün sərvətlərini ədalətli şəkildə paylaşmaq və Egey dənizini dostluq dənizinə çevirməkdir. Biz Bunun üçün çalışırıq. Bu dost əlindən tut deyirik.



Әlaqәli Xәbәrlәr