Prezident Ərdoğan terrorla mübarizə barədə mətbuata açıqlama verdi

Prezident Rəcəb Tayyib Ərdoğan İraqın şimalında bölücü terror təşkilatı PKK-ya qarşı həyata keçirilən “Pəncə-Kilit” əməliyyatının terror təşkilatının can çəkişməsini ifadə edən bir əməliyyat olduğunu bildirib.

1816552

Prezident Ərdoğan İstanbulda mətbuat mənsublarına açıqlama verib.

Ərdoğan aprelin 18-də başladılan "Pəncə-Kilit" əməliyyatı ilə bağlı deyib:

“Şimali İraqda “Pəncə” əməliyyatı hazırda terror təşkilatının ölüm sancıları deməkdir. Terror təşkilatı da indi son mübarizəsi kimi xüsusilə Qəndildən (təşkilatın əsas qərargahı deyilən yer) də gələn göstərişi yerinə yetirməyə çalışır. Bildiyiniz kimi, hazırda “Pəncə” əməliyyatında zərərsizləşdirilənlərin sayı 45-ə çatıb. Təəssüf ki, daha bir şəhidimiz var. Şəhidlərimizin sayı 3 olub. Amma terrorçuların sığındığı yerlər məhv edilməyə davam edir".

Əməliyyatın bütün texnoloji vasitələrlə davam etdiyini vurğulayan dövlət başçısı deyib:

"Təmizləmə əməliyyatı bitənə qədər bu iş davam edəcək. Terrorla mübarizəmizi fasiləsiz davam etdirəcəyik".

Prezident Ərdoğan Ukrayna-Rusiya danışıqları məsələsi ilə bağlı olaraq da "Nəticə müsbətdir. Amma məhz bizim istədiyimiz budur? Yox. Amma daha yaxşı olacaq. Ümidsiz deyilik" deyib.

Әlaqәli Xәbәrlәr