YTB-nin təqaüd proqramlarına müraciətlər başladı

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamenti – YTB tərəfindən müxtəlif sahələrdə təklif olunan təqaüd proqramlarına müraciətlər başladı

1815431
YTB-nin təqaüd proqramlarına müraciətlər başladı

 

  Türkiyədən xaricdə yaşayan vətəndaşların uğurlu işlərini dəstəkləmək və onların təhsil həyatına töhfə vermək məqsədi ilə Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamenti – YTB tərəfindən müxtəlif sahələrdə təklif olunan təqaüd proqramlarına müraciətlər başladı.

  YTB-dən verilən yazılı açıqlamaya görə, türkiyəlilərin yaşadıqları ölkələrdə akademik və intellektual həyata qatılmasına kömək edən təqaüd proqramları Türkiyə və türk mədəniyyətinin öyrənilməsinə böyük töhfə verir. Bu çərçivədə YTB xaricdə yaşayan türkiyəli uşaqlara ana dilini və türk mədəniyyətini öyrədəcək pedaqoqlar yetişdirmək məqsədi ilə “Xaricdə türkiyəli uşaqlara türkcə öyrədilməsi üzrə magistr proqramı” həyata keçirir.

  Təqaüd dəstəyinin verildiyi proqrama Türkiyədən xaricdə daimi yaşamaq hüququ olanlar, ikili vətəndaşlar və mavi kart sahibləri müraciət edə bilər.

  Qeyd edək ki, mavi kart - dünyaya gələndən Türkiyə vətəndaşı olan, lakin vətəndaşlıqdan çıxmaq üçün icazə almaqla Türkiyə vətəndaşlığını itirmiş şəxslərə və vətəndaşlıqdan çıxdıqdan sonra doğulan uşaqlarına verilən kartdır.

  Magistratura təhsilinin kurs dövrləri Türkiyədə müəyyən edilmiş universitetlərdə üzbəüz təhsil formasında keçiriləcək.

  Proqrama qəbul olunacaq namizədlər məzun olduqdan sonra yaşadıqları ölkələrə qayıtmalı və türkiyəli uşaqlara ana dilini öyrətməlidir.

  Təqaüd proqramları üçün müraciətlər 1 avqust 2022-ci il tarixinədək basvuru.ytb.gov.tr səhifəsindən qəbul ediləcək.

  Proqramlar haqqında ətraflı məlumatı https://www.ytb.gov.tr/yvburslari/ səhifəsindən əldə etmək olar.



Әlaqәli Xәbәrlәr