"Pəncə-Kilit" əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı artmaqda davam edir

Suriyanın şimalındakı "Sülh çeşməsi" əməliyyatı bölgəsinə hücum etməyə hazırlaşan bölücü terror təşkilatı PKK/YPG üzvü 10 terrorçu zərərsizləşdirilib.

1814017
"Pəncə-Kilit" əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı artmaqda davam edir

Suriyanın şimalındakı "Sülh çeşməsi" əməliyyatı bölgəsinə hücum etməyə hazırlaşan bölücü terror təşkilatı PKK/YPG üzvü 10 terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada Türkiyə komandolarının "Sülh çeşməsi" əməliyyatı bölgəsinə hücuma hazırlaşan daha 10 PKK/YPG terrorçusunu uğurlu əməliyyatla zərərsizləşdirdiyi bildirilib.

Digər tərəfdən, Milli Müdafiə Nazirliyi planlaşdırıldığı kimi müvəffəqiyyətlə davam edən "Pəncə-Kilit" əməliyyatında ilk məlumata görə, 4 əsgərin yaralandığını, 19 terrorçunun isə zərərsizləşdirildiyini açıqlayıb.

Nazirlikdən verilən açıqlamada İraqın şimalında baş verən terror aktlarının aradan qaldırılması və sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə dünən axşam saatlarında başlanan "Pəncə-Kilit" əməliyyatında hansı mərhələyə gəlindiyi barədə məlumat verilib.

Məlumatda qeyd olunub:

"Birinci mərhələ hədəfləri ələ keçirilib. Əməliyyat planlaşdırıldığı kimi uğurla davam edir. Mehmetçik bölgəni nəzarət altına almağa başlayıb. Axtarış işləri davam edir. Bütün sığınacaqlar və sözdə qərargahlar, həmçinin mağara və  terrorçular bir-bir məhv ediləcək. Əməliyyatda ilk təsbitlərə görə 19 terrorçu zərərsizləşdirilib. Axtarış fəaliyyətləri zamanı ediləcək təsbitlərlə bu sayın artacağını qiymətləndiririk. Əməliyyat zamanı 4 qəhrəmanımız yaralanıb, lazımi tibbi yardım göstərilir".

Terrorçular qaçmağa yerlərinin olmadığını, sonun yaxın olduğunu anlamalı və ədalətə təslim olmalıdırlar. Biz nəcib millətimizi terror bəlasından xilas etməkdə qətiyyətliyik".

Hərəkat Mərkəzində "Pəncə-Kilit" əməliyyatı çərçivəsində həyata keçirilən hava hücumunu izləyən milli müdafiə naziri Hulusi Akar əməliyyata qatılan birlik komandirləri ilə video konfrans keçirib.

Quru, Dəniz və Hərbi Hava Qüvvələri birləşmələrinin iştirak etdiyi əməliyyatın planlaşdırıldığı kimi uğurla davam etdiyini ifadə edən Akar bunları deyib:

"Nəticədə 40 ildir ölkəmizin başına bəlaolan terrordan nəcib millətimizi xilas etmək əzmindəyik. Mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək. Terror təşkilatının dağılma prosesində olduğunu görürük. Bu arada "Bütün fəaliyyətlərimiz dost və qardaş İraqın suverenliyinə və ərazi bütövlüyünə hörmət edən bir şəkildə həyata keçirilir. Yeganə hədəfimizin terrorçular olduğunu təkrarlayırıq. Mülki insanlara, ətraf mühitə, mədəni və dini strukturlara zərər vurulmaması üçün maksimum həssaslıq göstərilir".

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun da sosial media hesabından verdiyi açıqlamada PKK terrorçularına heç vaxt nəfəs almağa imkan verməyəcəklərini, terrora dəstək olanlara heç vaxt fürsət verməyəcəklərini bildirib.

TSQ-nın İraqın şimalında həyata keçirdiyi "Pəncə-Kilit" əməliyyatı ilə terrorçu yuvalarının məhv edildiyini bildirən Altun deyib:

"PKK terrorçularının heç bir yerdə nəfəs almasına icazə vermədiyimiz kimi, terror tərəfdarlarına da heç vaxt imkan verməyəcəyik. Cənab Prezidentimizin qeyd etdiyi "terrorun mənbəyində məhv edilməsi" strategiyamızı səmərəli şəkildə həyata keçiririk və bütün terrorçulara qarşı mübarizəmizi davam etdiririk".



Әlaqәli Xәbәrlәr