Türkiyə prezidenti Pasxa bayramı münasibətilə təbrik etdi

R.T.Ərdoğan təbrik mesajında deyib...

1813395
Türkiyə prezidenti Pasxa bayramı münasibətilə təbrik etdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xristian vətəndaşları Pasxa bayramı münasibətilə təbrik edib.

  R.T.Ərdoğan təbrik mesajında deyib: “Hər kəsin öz inancını, mədəniyyətini, adət-ənənəsini azad şəkildə yaşaya bildiyi Türkiyə, qardaşlıq və həmrəylik hissləri ilə iç-içə olan xalqımız bütün dünya üçün misilsiz nümunə olmaqda davam edir.

  Keçmişdən bu günə qədər millətimizin hər bir fərdinin böyük töhfələri ilə zənginləşmiş köklü bir sivilizasiyanın üzvləri olaraq biz sülh və əmin-amanlıq içində gələcəyə inamla addımlamaqdayıq.

  Pasxa bayramı münasibəti ilə hiss etdikləri sevinci paylaşaraq xristian vətəndaşlarımıza və bütün xristianlara uğurlar arzulayıram”.  



Әlaqәli Xәbәrlәr