Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

Suriyanın şimalında separatçı terror tәşkilatı PKK/YPG-nin üç üzvü zәrәrsizlәşdirilib.

1812714
Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

 

Suriyanın şimalında separatçı terror tәşkilatı PKK/YPG-nin üç üzvü zәrәrsizlәşdirilib.

Bu barәdә Türkiyә Milli Müdafiә Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindә edilәn paylaşımda bildirilib. Paylaşımda hücum etmәyә cәhd göstәrәn terrorçulara lazımi cavabın verildiyi bildirilib.

‘‘Qәhraman hәrbçilәrimiz ‘‘Sülh çeşmәsi’’ vә ‘‘Zeytun budağı’’ bölgәlәrindә hücum törәtmәyә cәhd göstәrәn  3 PKK/YPG terrorçusunu zәrәrsizlәşdirib’’,-deyә paylaşımda vurğulanıb.

Türkiyə Silahlı Qüvvələri 9 oktyabr-25 noyabr 2019-cu il tarixlərində təşkil etdiyi “Sülh çeşməsi” və 20 yanvar – 24 mart 2018-ci il tarixlərində “Zeytun budağı” əməliyyatları ilə Suriyanın şimalını terrordan təmizləyib.



Әlaqәli Xәbәrlәr