Türkiyə İsraili qınayıb

Türkiyə İsrail təhlükəsizlik qüvvələrinin Məscidül-Əqsada namaz qılan müsəlmanlara qarşı müdaxiləsini pisləyib.

1812990
Türkiyə İsraili qınayıb

Türkiyə İsrail təhlükəsizlik qüvvələrinin Məscidül-Əqsada namaz qılan müsəlmanlara qarşı müdaxiləsini pisləyib.

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada “İsrail təhlükəsizlik qüvvələrinin Cenin başda olmaqla müxtəlif şəhərlərdə biri uşaq olmaqla 7 fələstinlinin öldürülməsini və bu səhər Məscidül-Əqsada müsəlmanlara namaz qılmaq üçün müdaxilə edərək yaralanmalara səbəb olmasını qəbuledilməz hesab edir və şiddətlə qınayırıq” deyilib.

Açıqlamada "Son günlər regionda artan gərginlikdən dərin narahatıq. Xüsusilə bu həssas dönəmdə Məscidül-Əqsanın statusu və mənəviyyatına qarşı təxribat və təhdidlərə yol verilməməsinin vacibliyini bir daha vurğulamaq istərdik. Hadisələrdə həyatını itirən fələstinli mülki vətəndaşlara Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik” deyə bildirilib.



Әlaqәli Xәbәrlәr