Türkiyə yerli insulin istehsalına başlayır

Türkiyə Dərman və Tibbi Cihazlar Agentliyi şirkətləri diabet xəstələri üçün həyati əhəmiyyət kəsb edən yerli insulin istehsal etməyə çağırıb.

1812035
Türkiyə yerli insulin istehsalına başlayır

Səhiyyə naziri Fahrəttin Koca sosial media hesabında  bu barədə  danışıb. O: “İnsulin daha Türkiyədə istehsal olunacaq. Xroniki xəstəlik olan diabetdə həyati əhəmiyyət kəsb edən insulinin yerli istehsalı üçün hərəkətə keçdik. Türkiyə Dərman və Tibbi Cihazlar Agentliyi şirkətlərə bu barədə müraciət edib. Koronavirus (Covid-19) əleyhinə peyvənd istehsal edən Türkiyə insulin istehsalına dərhal başlayacaq”.



Әlaqәli Xәbәrlәr