Mövlud Çavuşoğlu gündəmlə bağlı açıqlama verib

Xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Rusiyanın Ukraynanın Donbas bölgəsinə hücumları olarsa, atəşkəsə nail olmaq ehtimalı daha da çətinləşəcək.

1812408
Mövlud Çavuşoğlu gündəmlə bağlı açıqlama verib

Xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Rusiyanın Ukraynanın Donbas bölgəsinə hücumları olarsa, atəşkəsə nail olmaq ehtimalı daha da çətinləşəcək.

Çavuşoğlu özəl televiziya kanallarından birinə verdiyi açıqlama verib.

Çavuşoğlu Ukraynanın Buça və İrpin bölgələrindəki qeyri-insani görüntülərin Ukrayna ilə Rusiya arasında aparılan danışıqların müsbət atmosferinə təsir etdiyini bildirib.

Nazir “Bütün çətinliklərə baxmayaraq, (Ukrayna prezidenti Volodimir) Zelenskinin “danışıqları davam etdirəcəyik” bəyanatı və daha sonra Rusiyanın oxşar bəyanatları danışıqlara olan ümidlərimizi artırdı” deyib.

Bütün çətinliklərə rəğmən Rusiya ilə Ukrayna arasında atəşkəs ehtimalının olduğunu bildirən Çavuşoğlu deyib:

“Ancaq atəşkəs olacaqsa, bu günlərdə baş verməlidir, xüsusən də bu müharibə davam edərsə və Donbas bölgəsində yeni hücumlar olarsa, o zaman atəşkəsə nail olmaq ehtimalı çətinləşəcək”.

Çavuşoğlu Şərqi Aralıq dənizindəki enerji qaynaqları ilə bağlı "Şərqi Aralıq dənizində Türkiyəni kənarda qoyan qütbləşmələr var idi. Bununla belə, onların heç birinin praktiki mənası olmadığını da gördük" deyib.

Şərqi Aralıq dənizi Təbii Qaz Boru Kəməri Layihəsinin (EastMed) real layihə olmadığını ifadə edən Çavuşoğlu bildirib ki, İsrailin də zəngin ehtiyata malik olduğunu görürük. Türkiyə xüsusilə Avropa bazarlarına çıxmaq üçün ən iqtisadi yoldur.

Misirlə münasibətlərin normallaşmasına toxunan Çavuşoğlu bu ölkə ilə münasibətlərin yaxşılaşmasının bölgəyə müsbət təsir edəcəyini bildirib.

Çavuşoğlu Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşması üçün addımların atıldığını da bəyan edib.

Nazir Çavuşoğlu Türkiyə ilə Ermənistan arasında da etimad yaradan addımların atıldığını, iki ölkənin xüsusi nümayəndələrinin üçüncü görüşünü Avstriyanın paytaxtı Vyanada keçirəcəklərini bildirib.



Әlaqәli Xәbәrlәr