“Qəliz məsələlər var, amma...” M.Çavuşoğlu

M.Çavuşoğlu NATO Xarici İşlər Nazirləri toplantısı üçün getdiyi Belçikanın paytaxtı Brüsseldə Rusiya ilə Ukrayna arasında aparılan danışıqlarla bağlı danışaraq deyib...

1808466
“Qəliz məsələlər var, amma...” M.Çavuşoğlu

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya ilə Ukrayna arasında aparılan danışıqlarla bağlı "Biz daha çox danışıqlar gözləyirik. Yəqin ki, bu, xarici işlər nazirləri səviyyəsində olacaq" deyə bildirib.

  M.Çavuşoğlu NATO Xarici İşlər Nazirləri toplantısı üçün getdiyi Belçikanın paytaxtı Brüsseldə Rusiya ilə Ukrayna arasında aparılan danışıqlarla bağlı danışaraq deyib: “Təəssüf ki, Ukraynanın Buça və bir sıra yerlərində gördüyümüz mənzərə müsbət atmosferi zədələyib. Qəliz məsələlər var. Səylərimizi davam etdiririk. Hələ də ümidliyik, optimistik. Türkiyə əlindən gələni edir. Biz hər iki tərəfin dövlət başçılarının bir araya gəlməsini istəyirik. Bu məsələyə də nikbin baxırıq".

  Türkiyənin xarici işlər naziri Brüsseldə kanadalı həmkarı Melanie Coli (Melanie Joly) ilə görüşüb. Gün boyu digər ölkələrin də xarici işləri nazirlərinin təkbətək görüşləri gözlənilir.

  Mövlud Çavuşoğlu Türkiyə Palatalar və Birjalar Birliyi – TOBB-un Belçika nümayəndəliyində keçirilən “Türkiyə gözəllikləri” foto sərgisinin də açılışında iştirak edib.



Әlaqәli Xәbәrlәr