Türkiyə XİN: "Buçadakı görüntülər insanlıq adına kәdәrli haldır’’

Türkiyə Ukraynanın paytaxtı Kiyev yaxınlığındakı Buça və İrpin bölgələrində dinc sakinlərin öldürülməsi  ilә bağlı yayılan görüntülərin  dəhşətli olduğunu bildirib.

1807871

Xarici İşlər Nazirliyindən verilən yazılı bәyanatda bu ifadәlәrә yer verilib:

“Kiyev yaxınlığındakı müxtəlif bölgələrdən, o cümlədən Buça və İrpendən mətbuatda əksini tapan qətliam görüntüləri insanlıq adına dəhşətli və kədərli haldır. Türkiyә Ukrayna xalqının dərdinə şərikdir. Günahsız mülki şəxslərin hədəfə alınması heç vaxt qəbul edilə bilməz. Mövzunun müstəqil araşdırılması, məsuliyyət daşıyanların müəyyən edilməsi və məsuliyyətə cəlb olunması bizim əsas gözləntimizdir. Türkiyə insanlıq adına bu cür utancverici səhnələrə son qoymaq və sülhün ən qısa zamanda təmin edilməsi üçün fəaliyyətini davam etdirəcək.

Aprelin 1-də Buça şəhərini rus qoşunlarından azad edən Ukrayna ordusu binaları dağıdılmış, küçәlәri  meyitlərlə dolu şəhərlə qarşılaşıb. Kiyev yaxınlığında azad edilmiş yaşayış məntəqələrində 410 mülki şəxsin cəsədi tapılıb.

Qeyd edәk ki, Rusiya ordusu fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.

Әlaqәli Xәbәrlәr