İbrahim Kalın Viktoriya Nulandla görüşüb

Türkiyә Prezidentinin sözçüsü İbrahim Kalın Amerika Birlәşmiş Ştatları Dövlәt Departamentinin siyasi mәsәlәlәr üzrә müşaviri Viktoria Nuland ilә görüşüb.

1807453
İbrahim Kalın Viktoriya Nulandla görüşüb

Türkiyә Prezidentinin sözçüsü İbrahim Kalın Amerika Birlәşmiş Ştatları Dövlәt Departamentinin siyasi mәsәlәlәr üzrә müşaviri Viktoria Nuland ilә görüşüb.

Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, görüş Prezident İqamәtgahında baş tutub. Görüşdә Rusiya ilә Ukrayna arasındakı müharibә başda olmaqla Suriya, Azәrbaycan, Ermәnistan vә İsrail kimi regional mövzular müzakirә edilib, hәmçinin enerji tәhlükәsizliyi, müdafiә sahәsindә әmәkdaşlıq, ikitәrәfli siyasi vә iqtisadi münasibәtlәr qiymәtlәndirilib.

İstanbulda martın 29-da keçirilәn görüşün Rusiya-Ukrayna danışıqlarına müsbət təkan verdiyi bildirilib və Türkiyənin Rusiya ilə Ukrayna arasındakı  müharibənin sona çatmasında mühüm rol oynadığı vurğulanıb.

Görüşdә Türkiyәnin prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə  atəşkəsin tәmin edilmәsi və humanitar dəhlizlərin açılması istiqamətindəki diplomatik tәşәbbüslәrini qәtiyyәtlә davam etdirəcəyi bildirilib. Görüşdә hәmçinin Türkiyə-ABŞ Strateji Mexanizminin həyata keçirilməsindən duyulan məmnunluq ifadə edilib vә bu mexanizmin ikitərəfli münasibətlərә müsbət təsir edəcəyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr