Çavuşoğlu: "Yunanıstanla dialoq kanalları bu gün keçmişdə olduğundan daha açıqdır”

Xarici işlər naziri Mövlud Çavuşoğlu “Kriter” jurnalı üçün Siyasi, İqtisadi və Sosial Araşdırmalar Vəqfinin (SETA) baş koordinatoru Burhanəddin Duranın suallarını cavablandırıb.

1806451
Çavuşoğlu: "Yunanıstanla dialoq kanalları bu gün keçmişdə olduğundan daha açıqdır”

“Deyə bilərik ki, Yunanıstanla dialoq kanalları bu gün keçmişdə olduğundan daha açıqdır”. 

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu “Kriter” jurnalı üçünSiyasi, İqtisadi və Sosial Araşdırmalar Vəqfinin (SETA) baş koordinatoru Burhanəddin Duranın suallarına cavabında deyib.

Nazir Çavuşoğlu Kıbrıs (Kipr) məsələsi ilə bağlı suala "İllərdir federasiya əsasında danışıqlar aparılır, lakin Yunanıstan tərəfi Türkiyə tərəfini siyasi bərabərhüquqlu kimi qəbul etmədiyi üçün bu danışıqlar iflasa uğradı" deyə cavab verib. 

Çavuşoğlu bütün həmsöhbətlərə adadakı faktlara diqqət yetirməli olduqları mesajını verdiklərini bildirib:

"Kıbrıs türklərinə qarşı tətbiq edilən ikili standartlardan əl çəkməli olduqlarını deyirik. Sahədəki reallıqlarla uyğun gələn iki dövlətli həll təklifinin dəyişən şərtlər çərçivəsində həmsöhbətlərimiz tərəfindən daha diqqətlə nəzərdən keçiriləcəyinə inanırıq".

Mövlud Çavuşoğlu Türkiyenin problemlərin həlli üçün səmimi dialoqun tərəfdarı olduğunu deyib.

İqtisadi və ticari əlaqələrdə müsbət gündəmi davam etdirmək üçün çalışdıqlarını ifadə edən Çavuşoğlu "İqtisadiyyatda əməkdaşlığa yönəlmiş müsbət gündəm 2021-ci ildə ikitərəfli ticarətə müsbət təsirini göstərməyə başladı və 2020-ci ilə müqayisədə 70 faiz artaraq 5,2 milyard dollara çatdı. Bu müsbət gündəmin Yunanıstanla ikitərəfli mövzularda səmimi şəkildə mübahisə apara biləcəyimiz bir mühit yaranacağına ümid edirik. Biz də buna görə "Üzərimizə düşəni edirik. Yunanıstandan da bu prosesdə eyni səmimiyyəti və siyasi iradəni göstərməsini gözləyirik" ifadələrindən istifadə etmişdir.



Әlaqәli Xәbәrlәr