“AnadoluJet” yay aylarında yeni istiqamətlərə uçuşlar həyata keçirəcək

THY Mətbuat Xidmətindən verilən məlumata görə...

1806317
“AnadoluJet” yay aylarında yeni istiqamətlərə uçuşlar həyata keçirəcək

 

  Türkiyə Hava Yollarının (THY) alt brendi olan “AnadoluJet” yay mövsümündə fəaliyyəti çərçivəsində xaricdə 7 yeni istiqamətə uçuşlar həyata keçirəcək.

  THY Mətbuat Xidmətindən verilən məlumata görə, “AnadoluJet” aprel ayından etibarən Türkiyənin sevimli şəhərləri İstanbul, İzmir, Ankara, Antaliya və Bodrumdan xaricə daha 7 istiqamətə uçacaq və həftədə 31 uçuş təşkil edəcək.

  “AnadoluJet” Antaliyadan İngiltərənin Birmingem şəhərinə həftədə 4, eyni şəhərə 20 iyundan 7, Almaniyanın Frankfurt şəhərinə 7, İstanbul Sabiha Gökçen Hava Limanından (SAW) İtaliyanın Berqamo şəhərinə 7, Macarıstanın paytaxtı Budapeştə 3, Bodrumdan İsveçin paytaxtı Stokholma həftədə 3 uçuş, Ankaradan Belçikanın paytaxtı Brüsselə 3 və İzmirdən Livanın paytaxtı Beyruta 3 uçuş həyata keçirəcək.

  2020-ci ildən etibarən beynəlxalq uçuşlarına başlayan “AnadoluJet” bu yay həyata keçirəcəyi bütün turizm istiqamətli uçuşlarla 39 destinasiyadan həftəlik 248 uçuşla Aralıq və Egey dənizlərindəki istirahət yerlərinə turist apacaq.



Әlaqәli Xәbәrlәr