Çavuşoğlu Qureşi ilə Pakistandakı daxili siyasi prosesləri müzakirə etdi

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə...

1806240
Çavuşoğlu Qureşi ilə Pakistandakı daxili siyasi prosesləri müzakirə etdi

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu pakistanlı həmkarı Şah Mahmud Qureşi ilə Pakistandakı daxili siyasi prosesləri müzakirə edib.

  Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, M.Çavuşoğlu Ş.M.Qureyşi ilə telefonla danışıb.

  Söhbət zamanı Pakistanda baş verən daxili siyasi proseslər müzakirə olunub.

  Aprelin 3-də Pakistanda baş nazir İmran Xan hökumətinə etimadsızlıq səsverməsi keçirilib.

  Xana etimadsızlıq səsverməsi martın 28-də ölkə parlamenti tərəfindən 161 lehinə səsi ilə qəbul edilmişdi. Hökumətin müttəfiq olduğu partiyaların etimadsızlıq səsverməsində müxalifətin tərəfinə keçəcəyini bəyan etməsindən sonra parlamentin üstünlüyü müxalifət blokuna keçmişdi.

  Pakistan Milli Assambleyası 342 deputatdan ibarətdir. Baş nazir İmran Xanın vəzifədən çıxarılması üçün müxalifətə 172 səs lazımdır.

  Qeyd edək ki, İ.Xan aprelin 2-də keçirilən etimadsızlıq səsverməsi ilə əlaqədar etdiyi şərhdə deyib: “Müxalifətin məni impiçment etmək cəhdi Amerika Birləşmiş Ştatlarının daxili siyasətimizə açıq müdaxiləsidir”.



Әlaqәli Xәbәrlәr