R.T.Әrdoğan: ‘‘Liderlәr sәviyyәsindәki görüşә ev sahibliyi etmәyә hazırıq’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Rusiya-Ukrayna nümayәndә heyәtlәri arasında keçirilәn iclasdan әvvәl bәyanat verib.

1803538
R.T.Әrdoğan: ‘‘Liderlәr sәviyyәsindәki görüşә ev sahibliyi etmәyә hazırıq’’
erdoğan.jpg
erdoğan.jpg

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Rusiya-Ukrayna nümayәndә heyәtlәri arasında keçirilәn iclasdan әvvәl bәyanat verib.

Әrdoğan deyib: ‘‘Münaqişәnin uzadılması heç kәsә faydalı deyil’’.

Prezident Rәcәb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Dolmabaxça Sarayında baş tutan görüşdә açılış nitqi ilә çıxış edib.

‘‘Bölgәdә çox sayda acıların şahidi olmuş bir ölkә olaraq Qara dәnizin şimalında oxşar mәnzәrәnin yaşanmaması üçün ciddi sәylәr göstәrdik. Bütün Beynәlxalq platformalarda hәr iki tәrәfin hüquqlarını hәssaslıqla müdafiә edәn yanaşma nümayiş etdirdik. Ən qısa zamanda atəşkəs və sülhün bərqərar olması hər kəsә faydalı olacaq.Siz nümayәndә heyәtlәrinin üzvlәri olaraq üzәrinizә tarixi mәsuliyyәt götürmüsünüz. Bütün dünya sizdәn xoş xәbәrlәr  gözlәyir. Danışıqlarda əldə edəcəyiniz irəliləyiş liderlər səviyyəsindəki görüşә imkan verəcək. Liderlәr sәviyyәsindәki görüşә dә ev sahibliyi etmәyә hazırıq’’,-deyә Rәcәb Tayyib Әrdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr