Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında telefon danışığı olub

Nazirlər Rusiya-Ukrayna böhranındakı son vəziyyəti müzakirə ediblər.

1802692
Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında telefon danışığı olub

Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, nazirlər Rusiya-Ukrayna böhranındakı son vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, nazir Mövlud Çavuşoğlu Rusiya ilə Ukrayna heyətləri arasında növbəti görüşün İstanbulda keçirilməsi ilə bağlı özünün rəsmi tvitter hesabında etdiyi paylaşımda: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində Rusiya ilə Ukrayna müzakirə heyəti Türkiyədə bir araya gələcək. Tərəflərin Türkiyəyə olan etimadının məsuliyyətini dərk edirik. Ümid edirik ki, görüşlər daimi atəşkəslə nəticələnəcək və sülhə gətirib çıxaracaq”- deyə bildirib.



Әlaqәli Xәbәrlәr