Ərdoğanla Putin arasında telefon danışığı olub

Prezident Ərdoğanla Rusiya prezidenti Putin arasında telefon danışığı olub.

1802651
Ərdoğanla Putin arasında telefon danışığı olub

Prezident Ərdoğanla Rusiya prezidenti Putin arasında telefon danışığı olub. Liderlər Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundunun İstanbulda keçirilməsi barədə razılığa gəliblər.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, telefon söhbətində Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və danışıqlar  prosesi müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Rusiya ilə Ukrayna arasında ən qısa zamanda atəşkəs və sülhün bərqərar olması və regionda humanitar vəziyyətin yaxşılaşdırılmasının vacibliyini vurğulayaraq, Türkiyənin bu prosesdə hər cür töhfəsini verməyə davam edəcəyini bildirib.

Prezident Ərdoğan və Rusiya prezidenti Putin Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundunun İstanbulda keçirilməsi barədə razılığa gəliblər.



Әlaqәli Xәbәrlәr