Avropa İttifaqı Parlament Sədrləri Toplantısı və Türkiyə

Türkiyə 2014-cü ildən bəri ilk dəfə TBMM sədri səviyyəsində qatılır bu sammitə

1802396
Avropa İttifaqı Parlament Sədrləri Toplantısı və Türkiyə

 

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop 27 ölkənin parlament və senat başçılarının görüşəcəyi Avropa İttifaqı Parlament Sədrləri Toplantısına qatılacaq. O, 27-29 mart tarixlərində keçiriləcək tədbirdə iştirak etmək üçün Sloveniyanın paytaxtı Lyublyanaya gedir.

  Türkiyə 2014-cü ildən bəri ilk dəfə TBMM sədri səviyyəsində qatılır bu sammitə.

  Mustafa Şentop Lyublyana toplantısından əvvəl Sloveniya parlamentinin İqor Zorçiç ilə görüşəcək. Daha sonra ölkə prezidenti Borut Pahor tərəfindən qəbul ediləcək Şentop Sloveniyanın baş naziri Janez Jansa ilə də bir araya gələcək.

  Avropa İttifaqı Parlament Sədrləri Toplantısının ilk sessiyası "Fövqəladə syasətlərdə parlamentlərin rolu - demokratik idarəçilik üçün möhkəmliyin təminatı" başlığı ilə keçiriləcək. İkinci gün isə “Regionda və ondan kənarda sabitlik, təhlükəsizlik və rifahın təminatçısı olan Avropa İttifaqı” sessiyası olacaq.

  Əksəriyyəti Aİ ölkələrinin parlament sədrlərindən ibarət olan sammitdə həm təhlükəsizlik, həm də Rusiya-Ukrayna müharibəsinin yaratdığı böhranın digər riskləri müzakirə ediləcək.

  Şimali Makedoniya parlamentinin sədri Tələt Cəfərinin qonaq parlament sədri kimi sammitə dəvət olunması və Ukrayna parlamentinin sədri Ruslan Stefançukun isə videobağlantı vasitəsilə iştirak edəcəyi nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr