Mövlud Çavuşoğlu İӘT xarici işlәr nazirlәrinin iclasında çıxış edib

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının ortaq məqsədlər üçün mövcud olduğunu bildirib.

1800082
Mövlud Çavuşoğlu İӘT xarici işlәr nazirlәrinin iclasında çıxış edib

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının ortaq məqsədlər üçün mövcud olduğunu bildirib.

Mövlud Çavuşoğlu Pakistanın paytaxtı İslamabadda keçirilən İƏT ölkәlәrinin xarici işlәr nazirlәrinin iclasında çıxış edib.

İslamofobiyanın geniş yayıldığına  diqqәt çәkәn Mövlud Çavuşoğlu deyib:"Çindəki uyğur türkləri və digər müsəlmanlar dini hüquqlarını qorumaqda çətinliklərlə üzləşirlər. Ən çox müsəlmanın yaşadığı ölkələrdən biri olan Hindistanda hicab hüququ rədd edilir. Rohinca müsәlmanları artıq dünyanın  diqqəti belə çəkmirlər’’.

Liviyada, Suriyada və Yəməndə qardaş qanının tökülməkdə davam etdiyini deyən xarici işlər naziri Mövlud  Çavuşoğlu bu gün Ukraynada yaşanan vә hər kəsin  qarşı olduğu  müharibənin də ikili standartı ortaya qoyduğunu vurğulayıb.

Mövlud Çavuşoğlu Ukrayna müharibəsi zamanı "Bura Yaxın Şərq deyil, bura Əfqanıstan deyil, niyə bu qan tökülür?" deyәnlәr olduğunu xatırladan Mövlud Çavuşoğlu deyib:  "Bizim üçün Xarkovda tökülən qanla Hələbdə tökülən qan birdir’’.

Mövlud Çavuşoğlu çıxışında "Cammu-Kəşmirin statusunu və demoqrafik xüsusiyyətlərini dəyişmək cəhdlərinə göz yummaq düzgündürmü? Uyğur türklərinin vəziyyətini görməzlikdən gəlmək düzgündürmü?" ifadәlәrini işlәdib.

Türkiyәnin xarici işlәr naziri  keçən həftə Birləşmiş Millətlər Təşkilatının  Baş Assambleyası tərəfindən Christchurch terror aktının ildönümünün Beynəlxalq İslamofobiya ilә Mübarizә Günü kimi qәbul edilmәsini böyük nailiyyәt olaraq qiymәtlәndirib.

BMT Baş Assambleyasının 2018-ci ildə Fələstinlə bağlı qəbul etdiyi tarixi qətnamənin vә BMT İnsan Haqları Şurasının 2011-ci ildə qəbul etdiyi ayrı-seçkiliklə mübarizə qətnaməsinin də  növbəti uğur olduğunu dilə gətirən Mövlud Çavuşoğlu bildirib ki, İӘT-nın vәzifәsi bu mәsәlәlәrdә İslam dünyasının ortaq sәsi olmaqdır.

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu  İslam Әmәkdaşlıq Tәşkilatı xarici işlәr nazirlәrinin 51-ci  iclasına ev sahibliyi etmәk istәdiklәrini dә sözlәrinә әlavә edib.



Әlaqәli Xәbәrlәr