“2023-cü ili Türkiyə Rəqəmsal Səfərbərlik Dövrü elan edirəm”, R.T.Ərdoğan

Paytaxt Ankarada keçirilən “Forum Metaverse” tədbirində iştirakçılar qarşısında çıxışında dünyanın rəqəmsal texnologiyalar üzərində qurulmuş yeni bir dövrə doğru getdiyini söyləyən Ərdoğan deyib...

1799351
“2023-cü ili Türkiyə Rəqəmsal Səfərbərlik Dövrü elan edirəm”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ili Rəqəmsal Səfərbərlik Dövrü elan etdi.

  Paytaxt Ankarada keçirilən “Forum Metaverse” tədbirində iştirakçılar qarşısında çıxışında dünyanın rəqəmsal texnologiyalar üzərində qurulmuş yeni bir dövrə doğru getdiyini söyləyən Ərdoğan deyib: “Ölkə idarəçiləri olaraq bizim vəzifəmiz öz xalqımızı, xüsusən də gənclərimizi bu qaçılmaz gələcəyə ən dəqiq, ən təhlükəsiz, ən güclü və ən təchizatlı şəkildə hazırlamaqdır.

  Kartelə çevrilmiş sosial media platformalarının qanuni və əxlaqi sərhəd tanımayan hərəkətləri bu sahədə Türkiyədə də bu yolun cızılması zərurətini konkret ortada qoyub.

  Madam ki, artıq rəqəmsal iqtisadiyyat reallığı və rəqəmsal mədəniyyət həqiqəti var, bütün ölkələrin qəbul edəcəyi və konsensusla arxasında dayanacağı rəqəmsal hüquqi nizam yaratmadan bu problemləri həll etmək mümkün deyil. Belə bir xaotik rəqəmsal iqlimdə, xüsusən öz insanlarımızı, öz uşaqlarımızı qorumaq və onlara qlobal inkişafların içində və hətta qarşısında yer alacaq imkanlar yaratmaq bizim borcumuzdur.

  Artıq kosmosdakı yerini daha güclü şəkildə tutmaq üçün öz peykini yaradan, kompüter proqramarını hazırlayan, ballistik vasitələri dizayn edən bir Türkiyəyik.

  Bəzi dünya ölkələrinin “Türkiyənin texnologiyada önə çıxmaq şansı yoxdur” iddiası bu ölkənin gənclərinə təhqirdir.

  İHA-larınızı, SİHA-larınızı, “Akıncı”larınızı edə bilməsək, həmişə qul olmaqla qarşı-qarşıyayıq.

  2023-cü ili Rəqəmsal Səfərbərlik Dövrü elan edirəm.

  Türkiyənin potensialı öz “Silikon vadisi”ni yaratmaq səviyyəsindədir”.



Әlaqәli Xәbәrlәr