Ərdoğanla Putin arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

1797507
Ərdoğanla Putin arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, telefon danışığında Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr və sahədəki humanitar vəziyyət müzakirə edilib.

Prezident Ərdoğan görüşdə bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün təmin olunması üçün ilk gündən göstərdiyi səmimi yanaşmanı davam etdirir.

Daimi atəşkəs elan olunarsa, uzunmüddətli həll yolunun açılacağını bildirən prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında aparılan danışıqlardan müsbət nəticə əldə olunmasını ürəkdən arzuladığını bildirib.

Bəzi məsələlərdə konsensusa nail olmaq üçün liderlər səviyyəsində danışıqlar tələb oluna biləcəyinə diqqət çəkən dövlət başçısı Ərdoğan Rusiya prezidenti Putin və Ukrayna prezidenti Vladimir Zelenskini İstanbul və ya Ankarada qəbul etmək təklifini təkrarlayıb.

Müharibənin heç bir tərəfə fayda verməyəcəyini və diplomatiyaya fürsət verilməli olduğunu vurğulayan prezident Ərdoğan humanitar vəziyyəti sahədə müşahidə etmək, humanitar dəhlizlərin hər iki istiqamətdə effektiv və problemsiz işləməsinə də diqqət çəkib.



Әlaqәli Xәbәrlәr