“NATO toplantısında da Rusiya və Ukrayna ilə bağlı danışıqlar aparacağam”, R.T.Ərdoğan

Paytaxt Ankarada Polşa prezidenti Anjey Duda ilə birgə mətbuat konfransında çıxış edən Ərdoğan deyib...

1796876
“NATO toplantısında da Rusiya və Ukrayna ilə bağlı danışıqlar aparacağam”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-də Belçikanın paytaxtı Brüsseldə keçiriləcək NATO Liderlər Zirvəsinə qatılacağını bildirib.

  Paytaxt Ankarada Polşa prezidenti Anjey Duda ilə birgə mətbuat konfransında çıxış edən Ərdoğan deyib: “Polşalı həmkarımla söhbətdə Ukrayna və Rusiyadakı son vəziyyəti, eləcə də ikitərəfli münasibətləri müzakirə etdik.

  İki NATO müttəfiqi olaraq sammitdə nə edilə biləcəyini yenidən nəzərdən keçirdik.

  Müharibəyə son qoymaq üçün diplomatik səylər göstərməkdə davam etmək barədə razılaşdıq.

  Türkiynin xarici işlər naziri Moskvada danışıqlar apardı və bu gün (17 mart) Ukraynaya gedəcək.

  Mən martın 24-də NATO Liderlər Zirvə toplantısında da Rusiya və Ukrayna ilə bağlı danışıqlar aparacağam.

  Polşa 2 milyon qaçqına qapılarını açaraq nümunəvi mövqe nümayiş etdirdi. Prezident Dudanı buna görə təbrik edirəm.

  Polşa-Türkiyə ilə ticarət əlaqələrinə gəlincə, epidemiya dövrünə baxmayaraq ticarət həcmimiz 8,3 milyard dollara çatıb. 10 milyard dollarlıq hədəfimizə çox yaxınıq.

  Müdafiə sənayesində də əməkdaşlığımızdan məmnunuq.

  Polşalı dostlarımızın Türkiyə-Avropa İttifaqı münasibətlərinin irəliləyişində konstruktiv mövqe sərgiləyəcəklərinə də inanıram.

  Polşa prezidenti Anjey Duda da öz növbəsindəki çıxışında bunları söyləyib: "Söhbətimizin əsas Ukraynadakı vəziyyət idi.

  Türkiyə coğrafi və siyasi baxımdan çox önəmlidir və regionda sülhün təmin olunmasında mühüm rol oynayır.

  İkinci Dünya Müharibəsindən sonra ilk dəfə gördüyümüz bu ağrılı günləri dayandırmaq lazımdır.  

  Prezident Ərdoğanı bu yolda göstərdiyi səylərinə görə təşəkkür edirəm”.



Әlaqәli Xәbәrlәr