Türkiyə Hava Yolları 4 yerə uçuşları ləğv etdi

THY-nin sosial media hesabından verilən məlumatda yazılır...

1796510
Türkiyə Hava Yolları 4 yerə uçuşları ləğv etdi

 

  Türkiyə Hava Yolları (THY) aprelin 10-dək Ukrayna, Moldova, Rostov və Soçiyə, martın 31-dək isə Belarusa uçuşları ləğv etdiyini açıqlayıb.

  THY-nin sosial media hesabından verilən məlumatda yazılır: “10 aprel 2022-ci il tarixinədək Ukrayna, Moldova, Rostov, Soçidən giriş-çıxışlı uçuşlarımız ləğv edilib. Belarusdan uçuşlarımız 31 mart 2022-ci il tarixinədək ləğv olunub.

  Dəyişiklik və geriqaytarma əməliyyatlarınızı agentliyinizdən, internet saytımızdan və ya 0 850 333 0 849 nömrəli zəng mərkəzimizdən edə bilərsiniz."



Әlaqәli Xәbәrlәr