Rәcәb Tayyib Әrdoğan: ‘‘Türkiyә XXI әsrә öz damğasını vuracaq’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Türkiyәnin vә türk xalqının XXI әsrә öz damğasını vuracağını söylәyib.

1796697
Rәcәb Tayyib Әrdoğan: ‘‘Türkiyә XXI әsrә öz damğasını vuracaq’’

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Türkiyәnin vә türk xalqının XXI әsrә öz damğasını vuracağını söylәyib.

Prezident Ərdoğan paytaxt Ankaradakı Çankaya Köşkündə tәşkil edilәn mükafat mәrasimindә  iştirakçılara müraciət edib.

Bu gün ölkə üzrə 376 şəhid yaxını və qazinin  dövlət ‘‘Şәrәf’’ medalı ilə təltif edildiyini deyən Ərdoğan: “Türkiyənin prezidenti və Ali Baş Komandanı olaraq qardaşlarımın hüzurunda bütün şəhidlərimizə və qazilərimizə minnətdarlığımı bildirirəm”.

Türkiyәnin tәxminәn 40 ildir terrorla mübarizә apardığını bildirәn Rәcәb Tayyib Әrdoğan bu müddәt әrzindә minlәrlә adamın şәhid olduğunu ifadә edib.

‘‘Terrora qarşı apardığımız amansız mübarizәnin nәticәlәrini әldә etmәyә başladıq. Ölkәmiz terrorun hәr növü ilә mübarizәdә әhәmiyyәtli uğurlara imza atır’’,-deyә Türkiyә prezidenti vurğulayıb.

Rәcәb Tayyib Әrdoğan bildirib ki, terrorçulara harada olurlarsa olsunlar  ağır zәrbәlәr endirilir. Şәhidlәrimizin qanını yerdә qoymadıq, bundan sonra da qoymayacağıq. Milli imkanlarla hazırladığımız silahlar vә pilotsuz uçuş aparatlarımızla İraqdakı vә Suriyadakı terrorçulara ağır zәrbәlәr endiririk. Türkiyә inşallah XXI әsrә öz damğasını vuracaq.



Әlaqәli Xәbәrlәr