Fahrettin Altun Rusiya ilә Ukrayna arasındakı müharibә ilә bağlı paylaşım edib

Türkiyә Prezidenti Administrasiyasının Kommunikasiya İdarәsinin rәhbәri Fahrettin Altun Rusiya ilә Ukrayna arasındakı müharibә ilә bağlı paylaşım edib.

1795687

Fәxrәddin Altun paylaşımda Türkiyənin Rusiya-Ukrayna böhranını həll etmək üçün göstərdiyi səylər ilә bağlı mәlumat verib.

Türkiyә Prezidenti Administrasiyasının Kommunikasiya İdarәsinin rәhbәri Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün Türkiyənin atdığı diplomatik addımlara diqqət çəkib.

“Türkiyənin siyasi mövqeyi və diplomatik səyləri regionda sülhün və sabitliyin təmin olunmasına xidmət edir’’,-deyә Fәxrәddin Altun vurğulayıb.

Fahrettin Altun, prezident Rəcəb Tayyib Ərdoğanın apardığı diplomatik danışıqlara toxunaraq deyib: ‘‘Şülhün tәmin olunması üçün hәll yollu tapmaq istәyirik’’.

Türkiyənin də atəşkəslə bağlı Almaniya və digər NATO müttəfiqləri ilə eyni fikirdə olduğunu bildirən Altun böhran boyunca Ukraynaya hərbi, siyasi və humanitar dəstək verdiklərini xatırladıb.

Prezident Ərdoğanın heç bir xalqa faydası olmayan münaqişələrin həlli üçün çalışmağa davam edəcəyini ifadə edən Altun Türkiyənin Ukraynanın ərazi bütövlüyü və müstəqilliyi ilə bağlı mövqeyinin aydın olduğunu bir daha vurğulayıb.

Әlaqәli Xәbәrlәr