TOGG: "Qarlı fotoları paylaşmayan tək mən qaldım”

TOGG-un rəsmi “twitter” hesabında yazılır...

1794622
TOGG: "Qarlı fotoları paylaşmayan tək mən qaldım”

 

  Türkiyədə mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası TOGG - Türkiyə Avtomobil Təşəbbüs Qrupu sərt qış şəraitində dünyanın qabaqcıl akkreditə olunmuş sınaq mərkəzlərində həyata keçirilən sınaqları uğurla davam etdirir.

  TOGG-un rəsmi “twitter” hesabında yazılır: "Qarlı fotoları paylaşmayan tək mən qaldım. Biz mənfi 40 dərəcə selsiyə qədər çətin trek şəraitində dünyanın aparıcı akkreditə olunmuş sınaq mərkəzlərində uğurlu nəticələr qazanmağa davam edirik."

  Paylaşımda sınaqların fotoları da yer alıb.

  TOGG İdarə Heyətinin (CEO) sədri Gürcan Karakaş TOGG-un sınaq videolarının fotolardan sonra paylaşacağını bildirib.



Әlaqәli Xәbәrlәr