“Müharibədə qalib, sülhdə isə uduzan yoxdur”, M.Çavuşoğlu

Antaliyada keçirilən VIII İstanbul Vasitəçilik Konfransının Yüksək Səviyyəli Açılış Sessiyasında çıxış edən Çavuşoğlu bu fikirlərə toxunub...

1793449
“Müharibədə qalib, sülhdə isə uduzan yoxdur”, M.Çavuşoğlu

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünyada münaqişələrin getdikcə mürəkkəbləşdiyindən üzüldüyünü bildirərək deyib: "Təəssüf ki, beynəlxalq sistem yeni çağırışlara və dəyişən təhlükəsizlik mühitinə uyğunlaşa bilməyib. Ukraynadakı silahlı münaqişədə biz bunu bir daha görürük”.

  Antaliyada keçirilən VIII İstanbul Vasitəçilik Konfransının Yüksək Səviyyəli Açılış Sessiyasında çıxış edən Çavuşoğlu bu fikirlərə toxunub: “Builki Antaliya Diplomatiya Forumunun məqsədi iki böyük mədəniyyət arasında sinerji yaratmaqdır. Forumun mövzusu "Diplomatiyanı yenidən kodlaşdırmaq"dır. Diplomatiya - sülh yolu ilə həll yollarını tapmaq bacarığı və gücdən istifadə sənətidir.

  Rusiyanın Ukraynaya hücumu təkcə Avropa deyil, dünyada da çox şeyi dəyişəcək.

  Dünyada müharibələr artıb. 2 milyarda yaxın insan qarşıdurma zonalarında yaşayır. Münaqişələr getdikcə mürəkkəbləşir. Təəssüf ki, beynəlxalq sistem yeni çağırışlara və dəyişən təhlükəsizlik mühitinə uyğunlaşa bilmir. Biz bunu Ukraynadakı silahlı münaqişədə bir daha görürük.

  Münaqişələrin qarşısının alınması, qətiyyət və vasitəçilik burada öz yerini tapmalıdır. Çünki müharibənin nəticəsi sülhdən bahadır. Çünki müharibədə qalib, sülhdə isə uduzan yoxdur.

  Dünyanın müxtəlif coğrafiyalarından olan tanınmış liderləri, diplomatları, ekspertləri, beynəlxalq təşkilatların nümayəndələrini, akademikləri və beyin mərkəzlərini münaqişələrin həlli və vasitəçilik üzrə bir araya gətirdiyimiz bu vasitəçilik konfransı 2012-ci ildən təşkil olunur.

  Bu il konfrans dünyanın müxtəlif ölkələrindən 3 xarici işlər naziri, 2 katib, 6 beynəlxalq təşkilatdan 10 xüsusi nümayəndə, 80 akademik və 25 beyin mərkəzi, ümumilikdə 40-dan çox ölkədən 200-ə yaxın təmsilçinin iştirakı ilə keçirilir”.



Әlaqәli Xәbәrlәr