İbrahim Kalın Vendi Şermanla görüşüb

Türkiyә prezidentinin sözçüsü  İbrahim Kalın Amerika Birlәşmiş Ştatları dövlәt katibinin müavini Vendi Şermanla görüşüb.

1790122
İbrahim Kalın Vendi Şermanla görüşüb

Türkiyә prezidentinin sözçüsü  İbrahim Kalın Amerika Birlәşmiş Ştatları dövlәt katibinin müavini Vendi Şermanla görüşüb.

Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, İstanbulda baş tutan görüşdә Ukraynadakı müharibә başda olmaqla regional mövzular vә ikitәrәfli münasibәtlәr müzakirә olunub.

Görüşdә Ukraynadakı müharibәnin yeni humanitar böhranlara sәbәb olduğu ifadә edilib. Tәrәflәr vurğulayıb ki, müharibә davam edәrsә bölgә vә dünya üçün ciddi nәticәlәri olacaq. Tәrәflәr arasında aparılan danışıqların nәticә vermәsi üçün birgә sәylәrin artırılması mәsәlәsindә razılıq әldә olunub.

Türkiyәnin tәrәflәrlә daim tәmasda olduğu vә müzakirәlәrә ev sahibliyi etmәyә hazır olduğu vurğulanıb.

Görüşdə Suriya, Liviya və Əfqanıstanda sülh və sabitliyin tәmin edilmәsi, Türkiyə-İsrail ilə Türkiyə-Ermənistan münasibәtlәrinin  normallaşma prosesi dә müzakirə edilib.

ABŞ ilə ikitərəfli münasibətlərin hazırkı vəziyyətinin də müzakirə olunduğu görüşdə birgə strateji mexanizmin həyata keçirilməsi üçün atılacaq addımlarla bağlı razılıq әldә olunub.



Әlaqәli Xәbәrlәr