Türkiyə bayrağı ucaldılan ən böyük gəmi martın 7-də ilk səfərini reallaşdıracaq

Milli Müdafiə Nazirliyindən bildirilib ki, tikintisinə 2016-cı il aprelin 17-də başlanılan və dekabrda istismara verilməsi planlaşdırılan "LHD ANADOLU" çoxməqsədli amfibiya gəmisində Türkiyə bayrağı qaldırılıb.

1789940
Türkiyə bayrağı ucaldılan ən böyük gəmi martın 7-də ilk səfərini reallaşdıracaq

Milli Müdafiə Nazirliyindən bildirilib ki, Türkiyənin Hərbi Dəniz Qüvvələrinin ən böyük gəmisi “LHD Anadolu” çoxməqsədli amfibiya gəmisində martın 4-də Türkiyə bayrağının ucaldılması ilə bağlı rəsmi mərasim keçirilib.

Tikintisinə 2016-cı il aprelin 17-də başlanılan gəminin uzunluğu 232 metrdir. Türkiyənin Hərbi Dəniz Qüvvələrinin ən böyük gəmisi olacaq “LHD Anadolu” 27 min ton yükgötürmə qabiliyyətinə malikdir.

Bu ilin dekabrında istifadəyə verilməsi planlaşdırılan gəminin martın 7-də ilk səfərini reallaşdırması və liman qəbulu testləri keçirməsi nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr