İbrahim Kalın Rusiya ilә Ukrayna arasında davam edәn müharibәni qiymәtlәndirib

Türkiyә Prezidentinin sözçüsü İbrahim Kalın deyib: "Rusiyanın diplomatiya və danışıqlara şans vermədən hücuma davam etməsi böyük səhv olardı".

1788801
İbrahim Kalın Rusiya ilә Ukrayna arasında davam edәn müharibәni qiymәtlәndirib

Türkiyә Prezidentinin sözçüsü İbrahim Kalın deyib: "Rusiyanın diplomatiya və danışıqlara şans vermədən hücuma davam etməsi böyük səhv olardı".

İbrahim Kalın  CNN Internationa telekanalında yayımlanan Becky Andersonun proqramına qatılaraq fevralın 24-dәn etibarәn davam edәn Rusiya-Ukrayna müharibәsini qiymәtlәndirib.

Ukraynada yaşanan olaylara görә narahat olduqlarını ifadә edәn İbrahim Kalın deyib:“Rusiyanın diplomatiya və danışıqlara şans vermədən hücuma davam etməsi böyük səhv olardı”.

Türkiyənin hazırda Rusiyaya qarşı sanksiya tətbiq etmək planının olmadığını qeyd edən İbrahim Kalın rəsmi Moskva ilə enerji, turizm və kənd təsərrüfatı kimi sektorlar da daxil olmaqla güclü iqtisadi münasibәtlәrin pozulmasını istəmədiklərini bildirib.

İbrahim Kalın  Rusiya ilə dialoqu davam etdirmәk istədiklәrini vurğulayıb.

İ.Kalın qeyd edib ki, Qərb ölkələrinin rәsmilәri də Türkiyənin Rusiya ilə dialoqu davam etdirmәsinin vacibliyini vurğulayıblar.

Nüvә hücumun olub-olmayacağı ilә bağlı sualı cavablandıran İbrahim Kalın bildirib ki, bu ehtimalın hәyata keçirilmәsi böyük fәlakәt olardı. 

İbrahim Kalın NATO-nun Rusiya prezidenti Vladimir Putinin bununla bağlı açıqlamasına soyuqqanlılıqla cavab verdiyini vә bunun doğru yanaşma olduğunu qeyd edib.

Rusiyanın atəşkəs üçün irəli sürdüyü tələbləri  ‘‘maksimalist’’ adlandıran vә mәntiqli olmadığını deyәn İbrahim Kalın bu tәkliflәr arasında yer alan Krımın Rusiyaya aid bölgə kimi qəbul edilməsinin və Ukraynanın silahsızlaşdırılması ilә bağlı tələbinin suveren bir ölkə üçün qəbuledilməz olduğunu bildirib.

İbrahim Kalın deyib: ‘‘Düşünürәm ki, rәsmi Moskva üçün əsas məsələ Ukraynanın NATO-ya üzv olma ehtimalıdır’’.



Әlaqәli Xәbәrlәr